şənbə 13 iyun 2026 - 15:52
İsrailin fransız jurnalisti deportasiya etməsi ona baha başa gəldi

Hövzə | İsrailin fransız jurnalistin işğal olunmuş Fələstin ərazilərinə girişinə mane olması Fransa siyasətçiləri, media qurumları və Fələstin rəsmilərinin geniş etirazı ilə qarşılanıb. Tənqidçilər bu addımı mətbuat azadlığının açıq şəkildə pozulması və jurnalistlərin fəaliyyətinə qarşı yeni məhdudiyyətlərin göstəricisi kimi qiymətləndirirlər.

Hövzə Xəbər Agentliyinin beynəlxalq bürosunun Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın siyasətçiləri və media fəalları İsrailin fransız jurnalist Fransua Frossarın ölkəyə girişinə mane olması və onu deportasiya etməsi qərarına sərt reaksiya göstərərək bu addımı mətbuat azadlığının pozulmasının nümunəsi kimi qiymətləndiriblər.

Mediapart və France 24 jurnalist birlikləri ayrı-ayrı bəyanatlarla bu addımı pisləyərək, onu Fələstin torpaqlarında media qurumları və jurnalistlərə qarşı məhdudiyyətlərin daha da sərtləşdirilməsinin göstəricisi adlandırıblar.

Fransa Sosialist Partiyasının baş katibi Olivye For da Yaxın Şərqdə fəaliyyət göstərən jurnalistlərlə həmrəy olduğunu bildirərək vurğulayıb ki, mətbuat azadlığı olmadan demokratiyadan danışmaq mümkün deyil.

Fələstin Xarici İşlər Nazirliyi də yaydığı bəyanatda İsrailin sözügedən jurnalistin ölkəyə girişinə mane olmasını və hava limanından geri qaytarmasını media azadlığının açıq şəkildə pozulması kimi dəyərləndirib. Nazirlik bildirib ki, bu addımın məqsədi Fələstin torpaqlarındakı real vəziyyətin işıqlandırılmasının qarşısını almaqdır.

Nazirlik, həmçinin beynəlxalq ictimaiyyəti, UNESCO-nu və media azadlığını müdafiə edən qurumları İsraili mətbuat azadlığı və jurnalistlərin müdafiəsi ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməyə məcbur etməyə çağırıb.

İsrail rəsmiləri isə iddia edirlər ki, Fransua Frossarın bu rejimin siyasətlərinə qarşı tənqidi mövqeyinə görə onun işğal olunmuş ərazilərə girişinə qadağa qoyulub.

Məlumatlara görə, İsrail 2023-cü ilin oktyabrında Qəzza müharibəsinin başlanmasından etibarən xarici jurnalistlərə və fəallara qarşı daha sərt məhdudiyyətlər tətbiq etməyə başlayıb.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha